IMG-LOGO

"Reuters": Ər-Riyadda ABŞ səfirliyində partlayışdan sonra yanğın baş verib

03 Mar 2026 04:39 4 baxış
IMG

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş verən partlayışdan sonra ABŞ diplomatik nümayəndəliyinin ərazisində yanğın qeydə alınıb.

"Report"un xəbərinə görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Nəşr insidentin nəticələri, partlayışın səbəbləri və ya mümkün xəsarət alanlar barədə məlumat verməyib.

Daha əvvəl AFP şahidlərə istinadən xəbər vermişdi ki, Ər-Riyadın diplomatik məhəlləsində iki güclü partlayış səsi eşidilib.

Xəbər lenti