IMG-LOGO

Tramp hesab edir ki, İran hələ üç il əvvəl nüvə silahına sahib ola bilərdi

03 Mar 2026 03:42 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Birləşmiş Ştatlar Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmasaydı, İran hələ üç il əvvəl nüvə silahına sahib ola bilərdi.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Əgər mən Obamanın (ABŞ-nin keçmiş prezidenti Barak Obama - red.) İranla bağladığı o dəhşətli nüvə sövdələşməsini ləğv etməsəydim, onlar üç il əvvəl nüvə silahı əldə edərdilər", - Tramp qeyd edib.

Amerika liderinin fikrincə, BHFP ABŞ-nin indiyədək bağladığı "ən təhlükəli sövdələşmə" idi.

"Və əgər onun reallaşmasına imkan verilsəydi, dünya indi tamamilə fərqli yer olardı", - Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi "BBC" telekanalının efirində İranın nüvə silahına malik olmadığına əminliyini ifadə edib.

Xəbər lenti