IMG-LOGO

Serbiya İsraildəki vətəndaşlarını Misir vasitəsilə təxliyə edir

03 Mar 2026 03:02 5 baxış
IMG

Hazırda Serbiya vətəndaşlarının İsraildən təxliyəsi prosesi davam edir.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, ölkə vətəndaşları ilk olaraq İsraildən Misirə, sonra isə Serbiyanın təmin etdiyi təyyarə ilə Misirdən Belqrada aparılacaqlar.

Diqqətə çatdırılıb ki, Serbiyanın İsraildəki səfirliyi vətəndaşları ilə daimi əlaqə saxlayır və ərazidəki vəziyyəti izləməyə davam edir.

Xəbər lenti