IMG-LOGO

Qrip oldu, burnunu itirdi - FOTO

15.02.2024 07:50 73 baxış
IMG

ABŞ-nin Florida ştatında yaşayan 31 yaşlı yanğınsöndürən Brandon Buzbi (Boothby) nadir xəstəliyə tutulub.

Buzbiyə qrip olduqdan sonra bədəninin bakteriyalara və patogenlərə qarşı həsslığının azaldığı deyilib.

Xəstəlik gəncin kabusuna çevrildi. Bununla o burnunu itirib.

Burnundakı infeksiya sürətlə yayılaraq gənc yanğınsöndürənin bədənini zəiflədib. Göbələk infeksiyası onun toxumalarını zədələyib.

Aplastik anemiya bədənin yeni qan hüceyrələrinin istehsalını dayandırdığı nadir bir vəziyyətdir.

Brandonun həyatını xilas etmək üçün ona sümük iliyi köçürüldü. Bununla belə, transplantasiyadan sonra sağlam hesab edilən donorun orqanizmi tərəfindən inkişaf etdirilən 'graft-versus-host' sindromu yeni bir problem meydana gətirdi.

Brandon xəstəliyi haqqında bu sözləri deyib:

"Bu otoimmün xəstəlik məni zərərsiz patogenlərə qarşı inanılmaz dərəcədə həssas edir. Burnumdakı göbələk infeksiyası toxumalarımı yeməyə başladı. Tamamilə çıxarılmasaydı, gözümə və beynimə çatacaqdı."

Xəbər lenti