IMG-LOGO

Ukrayna dronla Rusiyada neft bazasını vurdu

15.02.2024 03:43 49 baxış
IMG

Rusiyanın Kursk vilayətinə Ukrayna dronları ilə hücum olub.

Lent.az xəbər verir ki, bu barədəc regionun rəhbəri Roman Starovoyt özünün "Telegram" kanalında məlumat verib.

Hücumu nəticəsində Kursk vilayətində neft bazası ərazisində yanğın baş verib.

"Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib. İlkin məlumata görə, tələfat yoxdur", - o bildirib.

Qubernator bütün xüsusi xidmət orqanlarının yerində işlədiyini bildirib.

Xəbər lenti