IMG-LOGO

Ekvador və Kolumbiya hərbçiləri tonlarla narkotik maddə olan sualtı qayığı saxlayıblar

15.02.2024 02:18 46 baxış
IMG

Ekvador və Kolumbiyanın hərbçiləri ümumi dəniz sərhədində bir neçə ton narkotik daşıyan sualtı qayığı saxlayıblar.

“Report” xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələrinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“Kolumbiya Hərbi Dəniz Qüvvələri ilə koordinasiyalı hərbi əməliyyatlar zamanı sərhəddə bir neçə ton qanunsuz maddə daşıdığı iddia edilən dörd ekipaj üzvü olan yarımdalma gəmisi aşkar edilib”, – məlumatda qeyd olunub.

“Primicias” yazır ki, sualtı qayıq Ekvador və Kolumbiya hərbçiləri balıqçı gəmisini və onun heyətini fövqəladə vəziyyətdə xilas etmək üçün əməliyyat keçirən zaman tapılıb. Qəzet qeyd edir ki, sualtı qayıq və onun içində olan dörd Kolumbiya vətəndaşı Boqotaya təhvil veriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti