IMG-LOGO

Küveytin hərbi qulluqçusu həlak olub

02 Mar 2026 23:51 5 baxış
IMG

Küveyt Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

"Report" xəbər verir ki, bu barədə əmirliyin Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hərbi Dəniz Qüvvələrinin çavuşu Küveyt Silahlı Qüvvələrinin üzərinə qoyulmuş tapşırıqlar çərçivəsində xidməti vəzifələrini yerinə yetirərkən həlak olub", - deyə məlumatda bildirilib.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Xəbər lenti