IMG-LOGO

ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib

02 Mar 2026 21:25 4 baxış
IMG

ABŞ Silahlı Qüvvələri İrana zərbələr endirmək üçün döyüş şəraitində ilk dəfə yeni "PrSM" raketindən istifadə edib.

"Report"un məlumatına görə, bu barədə "The War Zone" (TWZ) portalı xəbər yayıb.

Məlumata görə, ekspertlər raketi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nəşrində tanıyıblar. Həmin videoda döyüş başlığının "HIMARS" buraxılış qurğularından istifadə edilməklə İran ərazisinə atılması nümayiş olunub.

ABŞ Silahlı Qüvvələrinin məlumatına əsasən, raket 500 kilometrdən çox məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Xəbər lenti