ABŞ İranın Amerika xalqı üçün yarada biləcəyi təhlükəni məhv etmək missiyasını qətiyyətlə davam etdirir.
"Report" xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp Vaşinqtonda medal təqdimetmə mərasimində bildirib.
"Bu gün ABŞ Silahlı Qüvvələri İran ərazisində qaynaqlanan ciddi təhlükələrin zərərsizləşdirilməsi məqsədilə genişmiqyaslı döyüş əməliyyatlarını davam etdirir. Biz ardıcıl olaraq İranın nüvə proqramını məhv edirik və onun bərpa edilməsinə, yaxud başqa yerlərdə yerləşdirilməsinə cəhdlərə yol verməyəcəyik. Biz bu obyektlərə zərbələr endirmişdik, lakin onlar nüvə proqramı üzərində işləməyə davam edirdilər", - ABŞ Prezidenti qeyd edib.