IMG-LOGO

ABŞ İraqa zərbələr endirərkən ülgücləri olan raketdən istifadə edib

14.02.2024 22:23 47 baxış
IMG

Pentaqon İraqda “Kataib Hizbullah” komandirinin ölümünə səbəb olan zərbədə ülgücləri olan raketdən istifadə edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndələri “The Wall Street Journal”a bildiriblər.

Fevralın 7-də axşam saatlarında Amerikanın Bağdadda avtomobilə endirdiyi zərbə nəticəsində “Kataib Hizbullah”ın əsas komandirlərindən biri, İraqdan kənarda əməliyyatlara və silah təchizatına cavabdeh olan Əbu Bəkir əl-Səidi zərərsizləşdirilib.

Qəzetin yazdığına görə, ABŞ müxtəlif terror qruplaşmalarının liderlərini məhv etmək üçün Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış R9X raketi ilə zərbə endirib. R9X “Hellfire” raketinin modifikasiyasıdır və partlayan döyüş başlığına malik deyil. Zərər, hədəflə təmasda olduqları anda korpusdan atılan altı ülgücdən qaynaqlanır.

Qeyd olunub ki, bu tip raket ABŞ tərəfindən mülki əhalinin itkilərini minimuma endirmək üçün istifadə edilib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti