IMG-LOGO

İranın zərbələri nəticəsində Küveytdə yaralananların sayı 19-a yüksəlib

02 Mar 2026 20:08 3 baxış
IMG

Küveyt Səhiyyə Nazirliyi İranın hücumları nəticəsində 19 nəfərin yaralandığını bildirib.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Abdulla əl-Sənd "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, əmirliyin bütün tibb müəssisələri tam hazırlıq rejimində işləməyə davam edir.

Daha əvvəl Küveytin beynəlxalq hava limanına pilotsuz uçuş aparatının hücumu nəticəsində 12 nəfərin xəsarət aldığı bildirilib.

Xəbər lenti