IMG-LOGO

Bill Klintonun yeni şok FOTOLARI: Cakuzi, qadınlar, Epşteyn və gecəsi 20 min dollarlıq lüks

02 Mar 2026 19:46 5 baxış
IMG
1 0

ABŞ-ın keçmiş prezidenti Bill Klintonun naməlum bir qadınla birlikdə cakuzidəki mübahisəli fotosu 2002-ci ildə Klintonun pedofil Ceffri Epşteyn və sevgilisi Qizleyn Maksvell ilə birlikdə Asiyaya səfəri zamanı çəkilib.

Lent.az bildirir ki, "The Post" qəzetinin məlumatına görə, foto Nümayəndələr Palatasının Nəzarət komitəsinin dinləməsində suallar doğurub. Klinton "heç bir səhv etmədiyini" və fotoda üzü gizlədilən qadınla cinsi əlaqədə olmadığını iddia edib.

Şəkil Bruneydəki Empire Suite hotelinin  nömrəsində çəkilib. Bu, gecəsi 20.000 dollara olan və şəxsi lifti, üzgüçülük hovuzu, cakuzisi, saunası, buxar otağı və teatrı olan lüks bir yaşayış yeridir.

Klinton, baş müşaviri Duq Bend, naməlum Mayk və yalnız "Cenis" və "Cessika" kimi tanınan iki qadınla birlikdə Epsteynin məşhur Lolita Express adlı şəxsi təyyarəsi ilə Bruneyə uçub.

Səfər zamanı qrup bir axşam Honkonqda, daha sonra iki gecə Çinin Şençjen şəhərində dayanıb və sonra Bruneyin paytaxtı Bandar-Seri-Beqavana gedib.

Klinton, Maksvell və naməlum qadınla birlikdə, böyük ekranda qolf oyununun nümayiş olunduğu suit hovuzunda da dincəlib. Epşteyn və onun ətrafındakılar rahat şəraitdə şəkil çəkdiriblər - məsələn, Epşteyn idman şalvarında pianoda oturub.

Keçmiş prezident, şəkildəki qadının kim olduğunu bilmədiyini iddia edir və dəfələrlə hər hansı bir qanun pozuntusunu inkar edib.  

Bill Klinton ABŞ-ın keçmiş prezidenti Ceffri Epşteyn maliyyəçi

Xəbər lenti