IMG-LOGO

Mark Rütte: Avropa ABŞ-nin İrandakı əməliyyatlarını tam dəstəkləyir

02 Mar 2026 19:28 5 baxış
IMG

NATO-nun Baş katibi Mark Rütte Avropanın ABŞ-nin İrandakı hərəkətlərini tam dəstəklədiyini bildirib.

"Report" xəbər verir ki, o, bunu BBC-yə müsahibəsində deyib.

M.Rütte deyib ki, İran Avropa, İsrail və bütün region üçün təhdiddir. O qeyd edib ki, ötən həftə sonu İranda keçirilən əməliyyatlar fonunda Avropa həqiqətən fəallaşır.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin ABŞ-yə İrana qarşı müdafiə xarakterli zərbələr endirmək üçün Britaniya bazalarından istifadə etməyə icazə verməsi qərarının gecikmiş olub-olmaması ilə bağlı sualı cavablandıran M.Rütte vurğulayıb ki, icazə verilməzdən əvvəl hüquqi məsələlər tənzimlənməli idi.

ABŞ və İsrailin İrana zərbələri barədə əvvəlcədən xəbəri olub-olmaması ilə bağlı suala NATO-nun Baş katibi cavab verib ki, bu cür detalları açıq şəkildə müzakirə etmir. Bununla yanaşı, o vurğulayıb ki, ABŞ rəsmiləri ilə çoxlu danışıqlar aparıb və Vaşinqtonla NATO-nun hərəkətlərini sıx şəkildə koordinasiya etdiyini bildirib.

M.Rütte BBC-nin NATO qüvvələrinin münaqişədə mümkün iştirakı ilə bağlı sualını cavablandırarkən deyib: "Xeyr, bu, açıq-aydın amerikalıların və israillilərin rəhbərlik etdiyi hərbi əməliyyatdır".

O əlavə edib ki, hazırda Alyans üzrə müttəfiqlər və regiondakı dostlar İran tərəfindən hücumlara məruz qalırlar və yaranmış vəziyyətdə mümkün olan hər şeyi edirlər.

Xəbər lenti