IMG-LOGO

İrana qarşı əməliyyatlarda ABŞ ordusunun 18 hərbçisi yaralanıb

02 Mar 2026 19:51 4 baxış
IMG

Yaxın Şərqdəki əməliyyat zamanı yaralanan ABŞ hərbçilərinin sayı 18-ə yüksəlib.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokins bildirib.

Vurğulanıb ki, martın 2-nə olan məlumata görə, ümumilikdə 18 ABŞ hərbçisi ağır yaralı hesab edilir.

Müharibə naziri Pit Heqset bazar ertəsi jurnalistlərə bildirib ki, həftəsonu ABŞ-nin dörd hərbi qulluqçusu Küveytdəki taktiki əməliyyat mərkəzinə sursatın düşməsi nəticəsində ölüb.

O bəyan edib ki, bu itkilər ABŞ-nin əzmini möhkəmləndirib.

Xəbər lenti