IMG-LOGO

Dubay hava limanları uçuşları qismən bərpa edib

02 Mar 2026 18:58 6 baxış
IMG

Dubay hava limanları regionda davam edən gərginlik fonunda uçuşların qismən bərpa olunduğunu elan edib, bir sıra ölkələr vətəndaşlarının təxliyəsinə başlayıb.

"Report" xəbər verir ki, "Dubai Airports" aviaşirkətinin operatoru artıq axşam saatlarından etibarən reyslərin qismən bərpa olunduğunu bildirib. Söhbət "Dubai International Airport" (DXB) və "Al Maktoum International Airport" (DWC) hava limanlarından həyata keçirilən az sayda reyslərdən gedir.

Sərnişinlərə aviaşirkət tərəfindən uçuş vaxtı təsdiqlənmədən hava limanlarına getməmələri tövsiyə olunub.

Dubayda yerləşən "Emirates" aviaşirkəti bildirib ki, yerləşdirilmə prosesində əvvəlcədən rezervasiya etmiş sərnişinlərə üstünlük verilir.

Almaniya isə Yaxın Şərq ölkələrindəki vətəndaşlarının təxliyəsi üçün təyyarələr göndərdiyini elan edib. Təxliyə reysləri Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Maskatdan (Oman) həyata keçiriləcək.

Xəbər lenti