IMG-LOGO

"Samsung" ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 16 %-ni itirib

02 Mar 2026 17:46 7 baxış
IMG

Bu ilin fevral ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 24,15 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 4,62 faiz bəndi, ötən ilin eyni dövrünün göstərici ilə müqayisədə 4,86 faiz bəndi azdır. Beləliklə şirkətin bazar payı aylıq ifadədə 16 % azalıb.

Növbəti sıradakı adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 6,16 faiz bəndi və illik müqayisədə 2,85 faiz bəndi artaraq 23,55 % olub.

Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 2,15 faiz bəndi və illik müqayisədə 4,33 faiz bəndi artaraq 23,02 % olub.

Dördüncü pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq müqayisədə 5,40 faiz bəndi, illik müqayisədə isə 3,39 faiz bəndi artaraq 18,22 % təşkil edib.

Xəbər lenti