IMG-LOGO

Fransada Kassasiya Məhkəməsi daxili işlər nazirinə qarşı zorlama ittihamını rədd edib

14.02.2024 20:01 46 baxış
IMG

Fransada paytaxt Parisin Kassasiya Məhkəməsi zorlamada təqsirləndirilən ölkənin daxili işlər naziri Jerald Darmanenə qarşı işin bağlanması ilə bağlı öncəki instansiyanın qərarını qüvvədə saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

J.Darmanenə qarşı iş 2017-ci ildə Sofi Patterson-Spatsın verdiyi şikayətdən sonra açılıb. Qadın o zaman dövlət fəaliyyəti və maliyyə naziri olan Darmaneni zorlama, cinsi təcavüz və etibardan sui-istifadədə ittiham etmişdi.

Şikayətçinin sözlərinə görə, Darmanen 2009-cu ildə o vaxt hakim Xalq Hərəkatına Dəstək Birliyinin hüquq xidmətinin nümayəndəsi kimi qadına göstərdiyi yardım müqabilində onu intim münasibətlərə məcbur edib.

Bu şikayətlə bağlı ilk araşdırma 2018-ci ilin avqustunda Fransa ədliyyəsi tərəfindən cinayətin sübutu olmadığı üçün bağlanıb. Lakin qadın apellyasiya şikayəti verib və kassasiya məhkəməsinin qərarı ilə baxılmaq üçün qəbul edilib və daha sonra Paris Apellyasiya Məhkəməsi 2020-ci ilin iyun ayının ortalarında iddia olunan cinayətlərin törədilməsində şübhəli bilinən Darmanenə qarşı istintaqın bərpasına qərar verib.

2020-ci ilin iyun ayının ortalarında Patterson-Spatsın vəkilləri Fransa hökumətini Darmanenə dəstək verməkdə ittiham ediblər. İstintaqa verdiyi ifadədə Darmanen Patterson-Spats ilə intim münasibətdə olduğunu etiraf edib, lakin bunun qarşılıqlı razılıq əsasında reallaşdığını da vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti