IMG-LOGO

Qurban Qurbanov: "60-70 yaşınadək məşqçilik etsəm, mütləq öyrənməliyəm"

02 Mar 2026 11:28 3 baxış
IMG

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 60-70 yaşınadək karyerasını davam etdirsə belə, yenə öyrənməli olduğunu bildirib.

"Report"un məlumatına götə, təcrübəli mütəxəssis bu barədə Məşqçilərin I Forumunda deyib.

O, bu tədbirdə danışmağın məsuliyyətli olduğunu söyləyib:

"Hər sahədə yeniliklər var. Futbol daim inkişaf edir. 60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara nəzər yetirməlidir".

Q..Qurbanov məşqçiliyə başlamamışdan əvvəl Faiq Qarayevə, onun komandasına azarkeşlik etdiyini söyləyib:

"Futbol tamam fərqli idman növüdür. Hamı bu barədə danışır. Məşqçi lider olmalıdır. Sonda hər şeyə baş məşqçi cavabdeh olur. Son qərarı baş məşqçi verir. Futbolda belə bir deyim var: komanda qalib gəlibsə, futbolçuların qələbəsidir, uduzubsa, baş məşqçinin məğlubiyyətidir. Futbolçulardakı inamı qoruyub saxlamalıyıq".

Xəbər lenti