IMG-LOGO

Bəxtiyar Məmmədov: "Yer üzərindəki səthi çökmənin metro ilə əlaqəsi yoxdur"

02 Mar 2026 11:30 3 baxış
IMG

Yerin üzərində olan səthi çökmələrin "Bakı Metropoliteni" QSC ilə əlaqəsi yoxdur.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O, həmçinin deyib ki, Bakı metrosunun "Həzi Aslanov" stansiyasının dalan yolu mövcud "Qırmızı" xəttin sonuncu stansiyasıdır: "Bəzən insanlar metronun "Həzi Aslanlov 2" stansiyası ilə bu dalan yolunu qarışıq salırlar. "Həzi Aslanov 2" şərti adı ilə tanınan stansiyanın inşaat işləri 2025-2030-cu illər üzrə dövlət proqramı çərçivəsində inşa olunan 10 stansiyadan biridir. Hazırda "Həzi Aslanov" stansiyasının dalan yolunda inşaat işlərinin əsas mərhələsi başa çatmaq üzrədir. 3 stansiyadan ibarət olan inşaat işlərinin sonuncu mərhələsi icra olunur. Yan divarlar təxminən 1,5-2 metr civarında gücləndirməyə cəlb olunub, daha sonra isə yan divarların ön hissəsində 30 santimetr qalınlığında sökülmə və daha sonra yeni divarın inşası işləri aparılıb".

"Bu inşaat işləri stansiyanın dalan yolunun, infrastrukturunun möhkəmliyini, uzunömürlüyünü təmin edəcək. Eyni zamanda gücləndirmə tədbirləri həm metro infrastrukturuna, həm də ətraf ərazilərə təsirlərin qarşısını alacaq", - deyə metro rəsmisi vurğulayıb.

Xəbər lenti