İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib.
"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin müvafiq əmri ilə həmin vəzifəyə Elnur İbrahimov təyin olunub.
Qeyd edək ki, E.İbrahimov buna qədər Naxçıvan Muxtar Respublikası (MR) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb.