IMG-LOGO

Antonio Tayani: İtaliya Yaxın Şərqdəki müharibənin iqtisadi nəticələrini qiymətləndirəcək

02 Mar 2026 12:01 3 baxış
IMG

İtaliyanın xarici işlər naziri Antonio Tayani Yaxın Şərqdə hərbi əməliyyatlar səbəbindən həmvətənlərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanması məqsədilə region ölkələrindəki səfirlər və konsulları ilə müşavirə keçirmək planları barədə məlumat verib.

"Report" xəbər verir ki, nazir bu barədə sosial şəbəkələrdə bildirib.

"İtaliyanın Yaxın Şərqdəki diplomatik nümayəndəlikləri ilə daim təmasda olaraq, bu regionda olan bütün italyanların – mülki və hərbi şəxslərin vəziyyətini izləyirəm. Vəziyyətin qiymətləndirilməsi və həmvətənlərin müdafiəsi ilə bağlı qərarların qəbul edilməsi üçün bu gün səhər səfirlər və konsullarla görüş keçiriləcək.

Mən həmçinin müəssisələrimizi tədbirlər və müharibənin (Yaxın Şərqdəki – red.) mümkün iqtisadi nəticələri barədə məlumatlandırmaq üçün xarici ticarət üzrə işçi qrupunu çağıracağam", – Tayani qeyd edib.

Xəbər lenti