Türkiyədə sosial media fenomeni Ece Ronay barəsində istintaq başladılıb. Buna səbəb onun sosial şəbəkə hesabında etdiyi paylaşım olub.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Ronay paylaşımında Türk Silahlı Qüvvələri ilə bağlı istehzalı ifadələr işlədib. O, “Zəkatımı TSK-yə versəm olar? Bomba alarıq” məzmunlu sözlər yazıb. Paylaşım qısa müddətdə sosial mediada geniş yayılıb və ciddi reaksiyalara səbəb olub.
Baş verənlərdən sonra İstanbul Cumhuriyyət Baş Prokurorluğu şikayət gözləmədən məsələ ilə bağlı rəsmi istintaqa başlayıb. Bildirilib ki, paylaşımın məzmunu hüquqi baxımdan qiymətləndirilir.
Ece Ronay isə sonradan verdiyi açıqlamada sözlərinin yanlış anlaşıldığını deyib. O məqsədinin fərqli olduğunu, lakin ifadələrinin səhv başa düşüldüyünü qeyd edib.
İstintaqın Türk Cəza Məcəlləsinin 301-ci maddəsi çərçivəsində aparıldığı bildirilir. Həmin maddə dövlətin hərbi qurumlarını təhqir etmə ilə bağlı məsuliyyəti nəzərdə tutur.
Hadisə ilə bağlı araşdırma davam edir.
Ece Ronay maqazin