İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir "Hizbullah"a qarşı hərbi əməliyyatın bir neçə gün davam edəcəyini bəyan edib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
"Biz "Hizbullah"a qarşı hücum kampaniyasına başladıq. İndi biz yalnız müdafiə olunmuruq, həm də hücuma keçirik. Bir neçə günlük döyüşlərə hazır olmalıyıq. Yüksək müdafiə və hücum hazırlığı tələb olunur", - o bildirib.
"Times of Israel" qeyd edib ki, Livanda "Hizbullah"ın mövqelərinə raket zərbələri endirildikdən sonra İsrail Müdafiə Ordusu bir neçə dalğa hava zərbəsi həyata keçirib.