IMG-LOGO

Livanın Baş naziri təcili hökumət iclasını çağırıb

02 Mar 2026 08:50 5 baxış
IMG

Livanın Baş naziri Nəvaf Salam 2 mart səhəri üçün təyin olunmuş təcili hökumət iclasını çağırıb.

"Report" xəbər verir ki, bu barədə "NNA" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Livan nazirləri gecə baş verən hadisələri, onların nəticələrini və bu baxımdan görüləcək zəruri tədbirləri müzakirə etmək üçün yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə səhər saat 10:00) Beyrutdakı Baabda prezident sarayında görüşəcəklər.

Xatırladaq ki, İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə zərbələr endirib.

Xəbər lenti