Rusiyanın Komsomolsk-na-Amur şəhərində yaşayış binasında yanğın baş verib.
Lent.az xəbər verir ki, bu barədə Xabarovsk diyarı prokurorluğu məlumat yayıb.
Hadisə zamanı 11 yaşlı qız ölüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin məlumatına görə, hadisə səbəb elektrik şəbəkəsində baş verən qəza olub.