IMG-LOGO

NATO-da müdafiə xərclərini artıran ölkələrin sayı çoxalır

14.02.2024 05:19 48 baxış
IMG

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) çərşənbə günü 18 üzvünün müdafiə xərclərinin 2024-cü ildə ÜDM-in 2%-i hədəfinə çatacağını və ya onu keçəcəyini elan edəcək.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” NATO-dakı mənbələrə istinadən məlumat yayıb.

“NATO müttəfiqlərinin təxminən üçdə ikisinin 2024-cü ildə 2%-lik hədəfə çatacağını gözləyir”, - mənbə bildirib.

2016-cı ildə yalnız beş alyans üzvü ÜDM-in 2%-dən çoxunu müdafiə ehtiyaclarına ayırıb. 2022-ci ilin sonunda belə ölkə 7 idisə, 2023-cü ildə bu rəqəm 11-ə çatıb.

Avropalı diplomatların nəşrə verdiyi məlumata görə, NATO ölkələrinin müdafiə xərclərinin artırılması Donald Trampın Ağ Evə qayıtmasının mümkün mənfi nəticələrini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş strategiyanın elementlərindən biridir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti