IMG-LOGO

Rafael Qrossinin Moskvaya səfəri fevralın sonuna planlaşdırılıb

13.02.2024 22:13 46 baxış
IMG

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossinin Moskvaya səfəri fevralın sonuna planlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə “TASS”a agentliyin mətbuat xidməti məlumat verib.

“Biz təsdiq edə bilərik ki, baş direktorun Moskvaya səfəri hazırda fevralın sonuna planlaşdırılıb”, - mətbuat xidməti qeyd edib.

Ötən həftə AEBA rəhbəri dördüncü dəfə Zaporojye Atom Elektrik Stansiyasına (AES) səfər edib. Onun stansiyaya ilk səfəri 1 sentyabr 2022-ci ildə baş tutmudşu.

Ondan sonra bir neçə agentlik mütəxəssisi növbəli şəkildə dəyişərək AES-də qalır. Qrossi ilə birlikdə fevralın 7-də dörd nəfərdən ibarət yeni, on altıncı müfəttişlər qrupu əvvəlkini əvəz edərək stansiyaya gəlib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti