İsrail ordusu Qəzzada HƏMAS hərəkatı ilə döyüşlər nəticəsində daha 3 hərbçisinin öldüyünü açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, son məlumatlar nəzərə alınmaqla quru əməliyyatı başlayandan bəri ölən əsgər və zabitlərin sayı 232-yə yüksəlib.
HƏMAS-la İsrail arasında ötən il oktyabrın 7-də münaqişənin gərginləşməsindən sonra isə İsrailin ordusunun ümumi itkiləri 569 nəfərə çatıb.
Bizim WhatsApp kanalımıza abunə olun