Polşa Aİ daxilində müdafiə ittifaqının yaradılmasının tərəfdarıdır.
"Report"un məlumatına görə, bunu Veymar üçbucağının (Almaniya, Fransa, Polşa) xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
Nazir qeyd edib ki, Polşa bir vaxtlar enerji birliyinin tərəfdarı olduğu qədər Avropa müdafiə birliyinin tərəfdarıdır.
O, həmçinin vurğulayıb ki, NATO çərçivəsində əməkdaşlıq “özəl təhlükəsizlik şirkəti ilə müqavilə” kimi görünməməlidir. Sikorskinin sözlərinə görə, onun ABŞ prezidenti seçiləcəyi təqdirdə Donald Trampa xatırlatmaq istədiyi budur.
Bizim WhatsApp kanalımıza abunə olun