IMG-LOGO

Venesuela ABŞ-ni “Boeing 747-300”ü ələ keçirməkdə ittiham edib

13.02.2024 06:39 50 baxış
IMG

Venesuela hökuməti ABŞ-ni Argentina hakimiyyətinin iştirakı ilə “Aerocargos del Sur” (Emtrasur) nəqliyyat aviaşirkətindən “Boeing 747-300” təyyarəsini oğurlamaqda ittiham edib və laynerin geri qaytarılması üçün bütün tədbirləri görəcəyini bildirib.

"Report"un məlumatına görə, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Xil Pintonun “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.

“Venesuela Bolivar Respublikası fevralın 12-də Amerika Birləşmiş Ştatları və Argentina Respublikası arasında əlbirliklə “Aerocargos del Sur” (Emtrasur) nəqliyyat şirkətinə məxsus YV3531 qeydiyyat nömrəli “Boeing 747-300” təyyarəsinin qaba şəkildə oğurlanmasını qəti şəkildə rədd edir,” - Venesuelanın Xarici İşlər Nazirliyi bildirib.

Bəyanatda vurğulanır ki, bu ölkələr mülki aeronavtikanı tənzimləyən bütün qaydaları, həmçinin yuxarıda adı çəkilən şirkətin kommersiya, mülki və siyasi hüquqlarını kobud şəkildə pozaraq, regionda hava hərəkətinin təhlükəsizliyini təhlükə altına atıblar. Venesuela təyyarənin qaçırılmasına "qətiyyətli, birbaşa və mütənasib cavab verəcək" və "milli konstitusiya, diplomatiya və beynəlxalq hüquq çərçivəsində bütün mümkün vasitələrdən istifadə edəcək", - Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi bildirib.

"Venesuela dövləti ədalətin bərpası və təyyarənin qanuni sahibinə qaytarılmasını təmin etmək üçün bütün tədbirləri görəcək", - XİN-in bəyanatında vurğulanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti