IMG-LOGO

Bayden: ABŞ İordaniyadakı qüvvələrinə hücumlara cavab verəcək

13.02.2024 07:14 49 baxış
IMG

ABŞ hakimiyyəti İordaniyada Amerika qüvvələrinə hücuma cavab olaraq əlavə tədbirlər görmək niyyətindədir.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden bazar ertəsi Ağ Evdə İordaniya Kralı II Abdullah ilə birgə çıxışı zamanı deyib.

ABŞ Prezidenti qeyd edib ki, yanvarın sonunda İordaniyadakı Amerika hərbçiləri “İranın dəstəklədiyi radikal silahlı qrup”un hücumuna məruz qalıb. "ABŞ qüvvələri o vaxtdan İraq və Suriyadakı hədəfləri vurub. Cavabımız davam edəcək", - Bayden əlavə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti