IMG-LOGO

ABŞ martda şist neft hasilatını gündəlik 20 min barel artıracağını planlaşdırır

13.02.2024 03:58 52 baxış
IMG

Martda ABŞ-də şist neft hasilatı fevral ayı ilə müqayisədə 20 min barel - sutkada 9,696 milyon bareldən (b/d) 9,716 milyon barelədək artacaq.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin hesabatında deyilir.

Fevral ayında faktiki şist neft hasilatı idarənin əvvəlki proqnozda gözlədiyi dəyərlərdən bir qədər yüksək olub və 9,68 milyon barellə müqayisədə 9,696 milyon barel təşkil edib.

Qeyd olunur ki, neft hasilatının sıx cəmləşdiyi yeddi regiondan dördündə hasilat artımı gözlənilir. Ən böyük artım Perm hövzəsində proqnozlaşdırılır ki, burada mart ayında orta gündəlik şist neft hasilatı sutkada 14 min barel artaraq 6,085 milyon barel təşkil etməlidir. Bundan əlavə, Nayobrar layda hasilatın 1 min barel artması gözlənilir – gündəlik 712 min barelə qədər. İql Ford qatında bu rəqəm 5 min barel artaraq gündəlik 1,145 milyon barel, Bakken layda 3 min barel artaraq 1,206 milyon barel olacaq.

Eyni zamanda, iki sahədə şist neft hasilatının azalması gözlənilir. Belə ki, Anadarko layda hasilat fevral göstəriciləri ilə müqayisədə sutkada 1 min barel azalaraq 383 min barel, Appalaçi layda 2 min barel azalaraq 152 min barel təşkil edəcək.

Xeynesvill formasiyasında ABŞ Energetika Nazirliyinin gözlədiyi kimi, bu rəqəm eyni səviyyədə qalacaq – gündəlik 33 min barel.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti