Liberiyanın yeni təyin olunmuş müdafiə naziri şahzadə III Çarlz Conson hərbçilərin həyat yoldaşlarının etirazları nəticəsində istefa verib.
"Report" "France-Presse" agentliyinə istinadən xəbər verir ki, bu barədə Liberiya Prezident administrasiyasının yaydığı kommünikedə bildirilir.
Sənəddə qeyd edilir ki, Prezident müdafiə nazirinin istefa ərizəsini qəbul edib və buna razılıq verib.
Liberiya ordusunun aşağı rütbəli hərbçilərinin xanımları son iki gündür paytaxt Monroviyada etiraz aksiyaları keçirərək, əsas magistral yolları bağlayıblar. Onlar həyat yoldaşlarından maaş və pensiyaların artırılmasını, sosial müavinətlərin verilməsini tələb ediblər. Onlar, həmçinin Malidən qayıdan Liberiya sülhməramlılarının ödənişlərini kəsən yeni müdafiə nazirinin istefasını tələb ediblər.
Bizim WhatsApp kanalımıza abunə olun