IMG-LOGO

İsrail hökuməti: Oktyabrın 7-dən Qəzzada 12 mindən çox silahlı zərərsizləşdirilib

13.02.2024 01:16 47 baxış
IMG

Oktyabrın 7-də Qəzza zolağında hərbi əməliyyatlar başlayandan indiyədək 12 mindən çox silahlı zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, HƏMAS batalyonlarının dörddə üçü artıq sıradan çıxarılıb: “Yaralanan və saxlanılan terrorçular nəzərə alınmaqla, HƏMAS-ın döyüş heyətinin yarısı sıradan çıxarılıb. HƏMAS bu müharibəyə 24 batalyonla başlayıb, onlardan 18-i artıq zərərsizləşdirilib. İki batalyon Xan Yunisdə (Qəzza zolağının cənubundakı şəhər), dördü isə Rəfahda qalıb”.

Qəzzanın Səhiyyə Nazirliyi isə xəbər verib ki, oktyabrın 7-dən indiyədək ölənlərin sayı 28 340-a yüksəlib. Məlumata görə, daha 67 984 nəfər yaralanıb.

Son 24 saat ərzində sektorda 164 nəfər hərbi əməliyyatların qurbanı olub, daha 200 nəfər isə xəsarət aıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti