IMG-LOGO

İsrail ordusu HƏMAS-ın girov götürdüyü iki nəfəri xilas edib

12.02.2024 07:14 50 baxış
IMG

HƏMAS-ın 6 oktyabr hücumları zamanı girov götürdüyü iki nəfər Qəzzanın cənubundakı Rəfah şəhərində gecə əməliyyatı zamanı xilas edilib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hərbi qurumun yaydığı açıqlamada xilas edilən girovların 60 yaşlı Fernando Simon Marman və 70 yaşlı Lui Har olduğu bildirilir. Onlar radikalların hücumuna uğramış Nir-İtsxak kibutsundan olublar.

Qeyd olunub ki, cütlük İsrailin mərkəzindəki Şeba xəstəxanasına aparılıb. Xəstəxanadan verilən açıqlamada ikilinin vəziyyətinin yaxşı olduğu həkimlər tərəfindən təsdiqləndiyi bildirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti