Mayotta adasında (Hind okeanında Fransanın xarici ərazisi - Qeyd) doğulmuş miqrantların uşaqlarına Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq.
“Report” xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerald Dermanen məlumat verib.
“Biz Mayottada miqrantlara qarşı radikal bir qərar qəbul etmək niyyətindəyik. Fransız valideynlərin övladı olmasanız, yoxsa fransız olmaq mümkün olmayacaq”,- deyə o bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda konstitusiyaya müvafiq dəyişiklik edilə bilər.
Qeyd edək ki, əcnəbilərin Fransa ərazisində doğulan uşaqlarına ölkə vətəndaşlığı verilir. Lakin bu qərarın yalnız Mayotta adasına qarşı tətbiq edilməsi irqi ayrı-seçkiliyi özündə ehtiva edir.
Bu adaya Afrika qitəsindən gələn şəxslər üstünlük təşkil edir.
Bizim Telegram kanalımıza abunə olun