Serbiya Avropa Birliyinə mümkün qədər tez qoşulmalıdır, əks halda Belqrad digər tərəfdaşlarla əməkdaşlığa üstünlük verəcək və Brüssel bu ölkəni itirəcək.
"Report"un "Die Presse" qəzetinə istinadən xəbərinə görə, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Ukrayna ilə yeni ekspansiyaya başlamazdan əvvəl köhnə genişlənmə tapşırığını yerinə yetirməliyik. Serbiyanı mümkün qədər tez inteqrasiya etməsək, onu itirəcəyik. Serbiyanın başqa variantları da var. O, yenicə Çinlə azad ticarət sazişi bağladı", - qəzet Orbanın sözlərini sitat gətirib.
Macarıstanın Baş naziri həmçinin iyulun 1-də başlayacaq Avropa İttifaqı Şurasına sədrlik dövründə Qərbi Balkan ölkələrini də əhatə etmək üçün Aİ-nin genişlənməsini Budapeştin “əsas prioriteti” adlandırıb.
Serbiyanın daxili və xarici ticarət naziri Tomislav Momiroviç və Çin Xalq Respublikasının ticarət naziri Van Ventao 17 oktyabr 2023-cü il tarixində Pekində iki ölkə arasında azad ticarət sazişi imzalayıblar. Serbiya Prezidenti Aleksandar Vuçiçin sözlərinə görə, sənəd 2024-cü ilin may-iyun aylarında qüvvəyə minə bilər.
Bizim Telegram kanalımıza abunə olun