BƏƏ Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu və Bəhreyn ordusunun bir zabiti Somalidə terror hücumu nəticəsində həlak olub.
"Report"un məlumatına görə, bu barədə Əmirliyin hərbi idarəsinin məlumatında deyilir.
“Müdafiə Nazirliyi bildirir ki, qardaş Somali Respublikasında törədilmiş terror aktı nəticəsində BƏƏ Silahlı Qüvvələrinin üç hərbçisi və Bəhreyn Müdafiə Qüvvələrinin bir zabiti xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, daha iki nəfər yaralanıb”, - nazirliyinin “X”də (keçmiş tviter) səhifəsində yayılmış bəyanatda bildirilir.
Ölənlərin Somali silahlı qüvvələrinin şəxsi heyətini hazırlayan missiyanın işində iştirak etdiyi qeyd edilir. BƏƏ-nin bir qrup təlimçisi ikitərəfli hərbi əməkdaşlıq sazişi çərçivəsində Somalidədir.
Bizim Telegram kanalımıza abunə olun