IMG-LOGO

İsrail ordusu Xan Yunisdəki xəstəxanaya oksigen balonları və tibbi avadanlıq çatdırıb

11.02.2024 04:42 45 baxış
IMG

İsrail ordusu Qəzza zolağının Xan Yunis şəhərindəki “Əl-Əmal” xəstəxanasına 20-dən çox oksigen balonu və tibbi avadanlıq çatdırıb.

"Report"un məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.

"İsrail ordusu bu yaxınlarda Xan Yunisdəki Əl-Amal xəstəxanasına 20-dən çox oksigen balonunun və əlavə tibbi avadanlıqların çatdırılmasına şərait yaradıb. Əməliyyata xəstəxana və beynəlxalq yardım təşkilatları ilə əməkdaşlıq daxildir", - məlumatda deyilir.

“Terrorçuların xəstəxanadan sığınacaq kimi istifadə etməsi, habelə müəssisənin ərazisində gedən gərgin döyüşlər səbəbindən beynəlxalq humanitar təşkilat və yerli hakimiyyət orqanları ilə hərtərəfli koordinasiya əsasında oksigen balonları müəyyən yerlərə daşınıb, İsrail ordusu onları toplayıb xəstəxanaya çatdırıb”, - mətbuat xidməti əlavə edib.

Humanitar təşkilatın adı açqlanmır.

İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi fevralın 10-da Qəzza zolağının cənubundakı Xan Yunisdə gedən döyüşlərin hələ də başa çatmaqdan “uzaq” olduğunu bildirib və ordunun bu günə qədər əldə etdiyi irəliləyişi “çox böyük uğur” adlandırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti