IMG-LOGO

Fransa fəallarından barbarlıq - Klod Monenin tablosuna şorba töküblər

11.02.2024 01:59 49 baxış
IMG

Klod Monenin "Bahar" (1872) tablosu Luvrda Leonardo da Vinçinin "La Cokonda" (Mona Liza) əsərini ləkələmək cəhdinə görə məsuliyyəti üzərinə götürən eyni assosiasiyanın üzvləri olan iki fəal tərəfindən zərər çəkib

"Report"un məlumatına görə, bu barədə BFMTV kanalı məlumat yayıb.

Hadisə şənbə günü Liondakı (Fransa) İncəsənət Muzeyində baş verib. Yayımlanan görüntülərə görə, iki qız divarda asılmış tablonun üzərinə naməlum maddə tökərək “bu "Bahar” bizim son baharımız ola bilər” şüarları səsləndirməyə başlayıb. Bu hərəkətə görə məsuliyyəti üzərinə götürən hərəkat sosial şəbəkələrində qızların hərəkətlərini iqlimin istiləşməsinə diqqət yetirmək ehtiyacı və fermerlərin bu prosesə nə qədər töhfə verməsi ilə əlaqələndirib.

Lion meri, EELV (Avropa, Ekologiya, Yaşıllar) Partiyasının üzvü Qreqori Duse “X”dəki hesabında bu hərəkətlərinə görə “təəssüfləndiyini” bildirib və muzey işçilərinə dəstəyini ifadə edib, eyni zamanda “qəzəbi”ni bildirib. Bələdiyyə sədrinin mədəniyyət üzrə müavini Natali Perren Gilbert BFMTV-yə "bu insanların narahatlığını anladığını" söyləyib, lakin rəsm və digər sənət obyektlərinin "ümumi bir yaxşılıq" olduğunu xatırladıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti