Finlandiyada prezident seçkilərinin ikinci turu keçiriləcək, siyasi marafonda 13-cü dövlət başçısı seçiləcək.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
Yanvarın sonunda keçirilən birinci turdan sonra keçmiş hökumət başçısı Aleksander Stubb və parlament üzvü, keçmiş xarici işlər naziri Pekka Haavisto ikinci tura yüksəlib.
Finlandiyada 5,56 milyonluq əhalinin təxminən 4,55 milyon nəfərin səsvermə hüququ var. Seçki məntəqələri yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 11:00-də) açılacaq və saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 21:00-dək) fəaliyyət göstərəcək. Erkən səsvermə yanvarın 31-dən fevralın 6-dək keçirilib və seçicilərin 44,5%-i iştirak edib.
Seçkinin nəticələri günün sonuna kimi məlum olacaq. Yeni prezidentin andiçmə mərasimi martın 1-də baş tutacaq.
Finlandiyada Prezident altı il müddətinə seçilir.
Bizim WhatsApp kanalımıza abunə olun