IMG-LOGO

53 yaşlı kişi quyuya düşüb öldü

11 Feb 2024 01:03 166 baxış
IMG

Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidə olan üstü açıq quyuya düşərək ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.  

Mənbə: lent.az

Xəbər lenti