IMG-LOGO

Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib

01 Aug 2026 13:22 2 baxış
IMG

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyada bir sıra mühüm hərbi hədəfləri vurub.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Çernomorskoye ərazisində pilotsuz dəniz katerləri bazası vurulub. Baza qarşı tərəfin Qara dənizdə döyüş və xüsusi tapşırıqları yerinə yetirmək üçün istifadə etdiyi pilotsuz dəniz katerlərinin saxlanması, hazırlanması və texniki xidmət göstərilməsinə xidmət edir", – məlumatda qeyd edilib.

Bundan başqa, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərini Krımla birləşdirən Çonqar ərazisindəki "Sivaş" dəmiryol körpüsünə və Vladislavovka ərazisindəki dəmiryol körpüsünə də zərbə endirilib. Bu körpülər hərbi logistikanın mühüm elementləri olub.

Həmçinin Sevastopolda Rusiya Qara Dəniz Donanmasının radioelektron kəşfiyyat bölməsi də vurulub.

"Bundan əlavə, Pervomayskoye (Krım) ərazisindəki təmir-bərpa bazası, Xerson vilayətinin Podovoye ərazisindəki maddi-texniki vasitələr anbarı və Zaporojye vilayətinin Tokmak ərazisində pilotsuz uçuş aparatları anbarı vurulub", – məlumatda bildirilir.

Mənbə: report.az

Xəbər lenti