IMG-LOGO

Bilgəhdə gənc oğlan dənizdə batdı

01 Aug 2026 12:56 3 baxış
IMG
1 0

Bilgəhdə bir nəfər dənizdə batıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, “112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş 25 yaşlı Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Hadisələr FHN dənizdə batmaq

Mənbə: lent.az

Xəbər lenti