IMG-LOGO

Azərbaycanın dörd güləşçisi Türkiyədəki beynəlxalq turnirdə medal əldə edib

01 Aug 2026 14:20 5 baxış
IMG

Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb.

"Report"un Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk "3-lük"də qərarlaşıblar. Sərxan Məmmədov gümüş, Beka Kandelaki bürünc medalı boynundan asıb.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

Mənbə: report.az

Xəbər lenti