IMG-LOGO

İnsanların işə ən tez çatdığı sürətli şəhərlər

01 Aug 2026 13:14 3 baxış
IMG
3 0

Analitiklər iş yerinə çatmaq üçün ən az vaxt sərf olunan şəhərlərin reytinqini hazırlayıblar. 

Lent.az xəbər verir ki, siyahıya Xorvatiyanın Riyeka və Split şəhərləri, həmçinin Avstriyanın Fillax şəhəri başçılıq edib.

Reytinqin son sırasında isə Nigeriyanın Laqos şəhəri yer alıb. Burada sakinlər işə getmək üçün ən çox vaxt sərf edirlər.

Tədqiqat müəlliflərinin sözlərinə görə, gündəlik yol müddəti əsasən yolların sıxlığı, ictimai nəqliyyatın inkişaf səviyyəsi və şəhər infrastrukturunun xüsusiyyətlərindən asılıdır.

dünyadan xəbərlər maraq maraqlı xəbərlər

Mənbə: lent.az

Xəbər lenti