IMG-LOGO

Bilgəhdə gənc oğlan dənizdə batdı - VİDEO

01 Aug 2026 12:56 5 baxış
IMG
2 0

Bilgəhdə bir nəfər dənizdə batıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, “112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş 26 yaşlı Kazımov Nizam Rüfət oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr FHN dənizdə batmaq

Mənbə: lent.az

Xəbər lenti