Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Gianni İnfantinonun yaxın vaxtlarda vəzifəsindən istefa verə biləcəyi iddia olunub.
Lent.az xəbər verir ki, İnfantino FIFA rəhbərliyinin bir hissəsinin dəstəyini itirib və artıq təşkilat daxilində əvvəlki nüfuza malik deyil. İddiaya əsasən, bu vəziyyət onun səlahiyyət müddəti başa çatmadan postunu tərk etməsi ilə nəticələnə bilər.
Gianni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir və iki dəfə yenidən bu vəzifəyə seçilib.
O, daha əvvəl 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılan FIFA prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.
Qeyd edək ki, hazırda İnfantinonun istefa verəcəyi ilə bağlı rəsmi təsdiq yoxdur.
İdman xəbərləriMənbə: lent.az