IMG-LOGO

Opel aşdı, sürücü öldü

10 Feb 2024 20:38 90 baxış
IMG

Şəmkirdə ölümlə nəticələm yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü, 2004-cü il təvəllüdlü Elvin Bayramov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti