Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən işini dayandırıb.
“Report”un xəbərinə görə, bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsinin saytında məlumat verilib.
Yanğın cümə günündən şənbəyə keçən gecə üçüncü reaktorun transformatorunda "nəzarət altındakı ərazidən kənarda" baş verib.
"Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatının itirilməsi reaktorun avtomatik dayanmasına səbəb oldu", - rəsmi məlumatda bildirilir.
Yanğının söndürülməsindən sonra istifadə olunan suyun toplanması üçün qonşu dördüncü reaktorun da müvəqqəti söndürüldüyü bildirilir. Bu, onun daşmasının və suyun ətraf mühitə daxil olmasının qarşısını almaq üçün edilib.
Ümumilikdə, “Şinon” atom elektrik stansiyasında dörd işləyən reaktor var, daha üç reaktor 1973-cü ildən 1990-cı ilə qədər bağlanıb.
Bizim Telegram kanalımıza abunə olun